Magistral yolda “Ford”la TIR toqquşdu - Sürücülər öldü+Yenilənib+Video

HADİSƏ
16:40
23 İyul 2022
917

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Sabah.az-a verilən məlumata görə, hadisə magistralın 116-cı kilometrliyində baş verib.

İlkin məlumata əsasən, “Ford Tranzit” markalı avtomobillə TIR markalı yük avtomobili toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

FHN-dən bildirilib ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti