Neft Fondunun büdcəsi dəyişdi

İQTİSADİYYAT
16:33
22 İyul 2022
479

Dövlət Neft Fondunun 2022-ci il büdcəsinə dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı 2021-ci il 23 dekabr tarixli Fərmanına dəyişiklik edib.

Dəyişikliyə əsasən, Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 589 701 900 manatdan 15 789 147 900 manata qaldırılıb. Xərcləri isə 12 789 674 600 manatdan 11 597 136 500 manata endirilib.

Xəbər lenti