Cəlilabadda həyətdə qadın və kişi öldürüldü

XƏBƏR
10:04
22 İyul 2022
369

Cəlilabadda iki nəfər qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, gecə 4:00 radələrində rayon sakini Könül Şahmarovanın və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılıb. Hər iki meyit K.Şahmuradovanın yaşadığı evin həyətində aşkarlanıb.

Araşdırmalarla hadisəni K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədovun qətli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti