42 minlik stadion karantin üçün istifadə olunacaq

XƏBƏR
16:12
24 Mart 2020
136

Braziliyanın “Korintians” klubunun ev oyunlarını keçirdiyi “Pakaembu” stadionu koronavirus pandemiyasına yoluxan xəstələri müalicə etmək üçün açıq hava xəstəxanasına çevriləcək.

Sabah.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Stadion ərazisində 200-dən çox çarpayının yerləşdiriləcəyi və işlərin 10 gün müddətində yekunlaşacağı bildirilib.

“Pakaembu” Braziliyada koronavirusun ən çox yayıldığı San-Paulo şəhərində yerləşir və tutumu 42 mindir.

Xəbər lenti