Yeniyetmə qızı zorlayan şəxslə bağlı hökm dəyişdirildi

XƏBƏR
16:54
20 İyul 2022
415

Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə verilmiş bəraət hökmü ləğv edilib.

Baş Prokurorluqdan Sabah.az-a verilən məlumata görə, həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunub.

Gəncə Apellyasiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə sözügedən şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib. O, dərhal məhkəmə zalında həbs edilib.

Xəbər lenti