Psixologiyamızı koronavirusdan necə qoruyaq?
Keçən ilin sonlarında Uhanda aşkarlanan və qısa müddətdə dünyaya yayılan koronavirus ölkəmizdə də qeydə alınıb.
Bildiyiniz kimi, vaksini rəsmi şəkildə təsdiqlənməyən koronavirusdan şəxsi gigiyena və insanlarla məsafə saxlayaraq qorunmaq mümkündür. Lakin, fiziki sağlamlıq qədər zehni sağlamlığı da düşünmək lazımdır.
Sabah.az xəbər verir ki, türkiyəli psixoloq Elif Sağlam həddindən artıq narahatlıq və stressin immunitetə mənfi təsir etdiyini bildirib.
Yalan informasiyanın narahatlığı artırdığını qeyd edən Elif Sağlam, "Mənə bir şey olmaz” deyərək tədbir almamaqla, “Mütləq mən də xəstələnəcəyəm” söyləyərək həyatın yalnız bu xəstəlikdən ibarət olduğunu düşünməyin ortaq təhlükənin yaranmasına gətirib çıxartdığını bildirib.
Onun sözlərinə görə, sağlamlıq məqsədilə görülməli olan tədbirləri edə bilməyə insanlarda motivasiya olmalıdır və bunun üçün 5 tövsiyəyə əməl edilməlidir.
1. Sosial dəstəyə davam edin
Texnologiyadan yararlanmağın vaxtı gəldi! İnternet və telefonlardan istifadə edərək evdən çıxmadan yaxınlarınızla ünsiyyətdə qalmağa davam edin.
2. Sosial media üzərindən izləyicilərinizi azaldın
Gündəmi etibarlı mənbələrdən izləyin; yanlış məlumatların paylaşılmasına töhfə verməyin.
3. Narahatçılığınızı artıran dialoqlardan və şəxslərdən uzaq olun
Uzun müddətdir vaxt ayıra bilmədiyiniz hobbilərinizə vaxt ayırın; kitab oxuyun, film izləyin, musiqi dinləyin, stresdən uzaq durun, insanların çox olduğu yerlərə getməyin.
4. Özünüzə vaxt ayırın
Əvvəllər kifayət qədər vaxt tapa bilmədiyiniz işlərə və maraq dairənizdə olan şeylərə zaman ayırın! Evdə qalmağınızı fürsətə çevirin.
5. Sağlamlığınıza investisiya qoyun
Stressi aradan qaldırmağa yardımçı olan nəfəs və bədən məşqləri, həmçinin idman edin, yuxu rejiminizə diqqət yetirin, sağlam qidalanın, bol maye için və həmişəkindən daha çox şəxsi gigiyenanıza diqqət edin.
Daha çox