Övladları ilə özünü binadan atan ana və uşağının son vəziyyəti açıqlandı

ÖLKƏ
12:28
19 İyul 2022
714

Bakıda iki uşağı ilə birlikdə intihara cəhd edən qadının son vəziyyəti açıqlanıb.

Sabah.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə ötən axşam Yeni Yasamalda MİDA-nın yaşayış kompleksində baş verib. 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Uşaqlardan biri - 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı hadisə yerində keçinib. 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və ana Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qayınanası ilə kirayədə yaşayırmış.

Xəbər lenti