Ərini öldürən Gülnara 9 il həbs verildi
Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadəyə hökm oxunub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Hövsanda baş verib. 1991-ci il təvəllüdlü Gülnar 1990-cı il təvəllüdlü əri Elşən Hadızadəni bıçaqlayıb. Yaralı xəstəxanada vəfat edib.
Ailənin iki azyaşlı övladı var. Qonşuların bildirdiyinə görə, hadisə zamanı Elşənin atası da evdə olub. Ailə 2 ildən çoxdur həmin ünvanda yaşayırmış. Qonşular bu müddətdə evdə hər hansı dava dalaş görmədiklərini, ailənin mehriban yaşadığını bildirib. Onların sinifyoldaşı olduğu, məktəb dövründən bir-birlərini sevərək evləndikləri deyilir.
Daha çox