Mais Məmmədov vəfat etdi

ÖLKƏ
16:49
16 İyul 2022
635

Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə telejurnalist Vahid Mustafayev məlumat verib.

Ağır mədəaltı vəzi xəstəliyindən əziyyət çəkən jurnalist bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. M.Məmmədov SSRİ dövründə uzun müddət Mərkəzi televiziyanın - ORT-nin Azərbaycandakı müxbiri işləyib. O, 2007-ci ildən 2016-cı ilədək ANS-də baş müşavir vəzifəsində çalışıb.

Xəbər lenti