İtaliyada koronavirusa yoluxan ilk xəstə sağaldı
İtaliyada koronovirus aşkarlanan ilk xəstə evə buraxılıb.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Mattia adı ilə bilinən xəstə 18 gün əvvəl Covid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
38 yaşlı Kodonyo qəsəbə sakini olan Mattia karantin müddətiylə bağlı təəssüratında nəfəs almağın "ən sadə və ən gözəl şey" olduğunu bildirib. Keçən həftə karantin bölgəsi elan edilən ərazidə atasını itirdiyini qeyd edən Mattia, bir neçə gündən sonra ana olacağını açıqlayıb.
Qeyd edək ki, bu günədək İtaliyada koronavirusa yoluxanların sayı 63 min 927 nəfər, ölənlərin sayı isə 6 077 nəfərdir.
Daha çox