Azyaşlılar hərəkətdə olan qatarın şüşəsini sındırdı - Video

XƏBƏR
13:19
15 İyul 2022
320

Bakıda azyaşlılar qatara daş atararaq vaqonların şüşəsini sındırıblar.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Bakı-Sumqayıt sürət qatarı Sabunçu ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

Nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni zamanda bu hal qatarın hərəkətində gecikməyə səbəb olub.

Hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıblar. Onlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Valideynlərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu çatdırılıb.

Xəbər lenti