Gəncədə qonşular arasında kütləvi dava - Ölən var

ÖLKƏ
10:20
15 İyul 2022
490

Gəncədə qonşular arasında kütləvi dava olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Səməd Vurğun küçəsində iki qonşu arasında dava düşüb.

Dalaşan qonşuları ayırmaq istəyən, 1952-ci il təvəllüdlü Alim Məmmədov avtomobillə vurulub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dava zamanı xəsarət alanlardan başqa bir qadın da xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti