İntihar edən rəis müavini tarixçi alimin oğlu imiş

XƏBƏR
15:41
14 İyul 2022
262

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli ötən gün intihar edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əli Cahangirlinin tarixçi alim və tədqiqatçı Nəcəfalı Cahangirlinin oğlu olduğu məlum olub. Bu barədə məlumatı mərhumun qardaşı Araz Cahangirli təsdiq edib. O bildirib ki, hazırda ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti