İki rayona prokuror təyin olundu

ÖLKƏ
12:40
14 İyul 2022
694

Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

Sabah.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər bir əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Xatırladaq ki, Anar Əliyev bu təyinatdan əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində böyük prokuror vəzifəsində çalışıb. O, universitetə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə görə “Prezident təqaüdçüsü” olub.

Xəbər lenti