Xaçmazda qazi intihara cəhd edib

XƏBƏR
17:51
13 İyul 2022
339

Xaçmazda Vətən Müharibəsi iştirakçısı intihara cəhd edib.

Sabah.az xəbər verir ki, hadisə rayonun Müzəffəroba kəndində yaşanıb.

Kənd sakini 1993-cü il təvəllüdlü Yusif Əsədullayev özünü yaşadığı evdə asaraq intihara cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri son anda onun həyatını xilas ediblər.

Qeyd edək ki, Y.Əsədullayevin II Qarabağ Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində gizir kimi döyüşdüyü bildirilir.

Xəbər lenti