Tovuzda kişi arvadının başını kəsdi
14:30
13 İyul 2022
745Tovuzda kişi arvadının başını kəsərək qətlə yetirib.
Sabah.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın başını kəsərək öldürüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun nümayəndələri həmin ünvana gələrək müvafiq araşdırmalar həyata keçirib:
“Qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Tovuz rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir”.
Daha çox