Daha bir nəfərin namizədliyi ləğv olundu

ÖLKƏ
16:29
7 Fevral 2020
263

Məzahir Səfər oğlu Şahəvələdovun deputatlığa namizədliyi ləğv edilib.

Sabah.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 86 saylı İsmayıllı seçki dairəsinin sədri tərəfindən Məzahir Səfər oğlu Şahəvələdovun ikili vətəndaşlığının olması ilə bağlı quruma müraciət edilib: “Tərəfimizdən yoxlamalar aparılıb və müraciətin doğruluğu sübuta yetirilib”.

Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Məzahir Səfər oğlu Şahəvələdovun namizədliyi ləğv edilib.

Xəbər lenti