Sabirabadda özünü yandıran qazi vəfat etdi

XƏBƏR
09:28
12 İyul 2022
441

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.

Xəbər lenti