41 ailənin Zəngilana köçəcəyi tarix açıqlandı

ÖLKƏ
16:58
9 İyul 2022
714

Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə bu ayın sonuna qədər 41 ailənin köçürülməsi həyata keçiriləcək.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

O qeyd edib ki, bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür.

“Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar”, - deyə V.Hacıyev əlavə edib.

Xəbər lenti