Fatih Terimə sosial media üzərindən gələn dəstək mesajları - Foto

XƏBƏR
11:05
24 Mart 2020
213

Xəbər verdiyimiz kimi, Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin koronavirus testinin nəticələri müsbət çıxıb.

Sabah.az xəbər verir ki, məşqçiyə gələn dəstək mesajlarının ardı-arası kəsilmir. Bunlar arasında "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" kimi rəqib komandalar da yer alır. Sözügedən komandaların sosial media hesablarındakı paylaşımlarını təqdim edirik:

"Fənərbaxça" klubu:

"Beşiktaş" klubu:

"Trabzonspor" klubu:

Fatih Terim üçün Super Liqa və aşağı liqa klublarından da mesajlar paylaşılıb.

Türkiyə Futbol Federasiyası (TFF) isə həm "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak, həm də Fatih Terim üçün bu sözləri paylaşıb: "Çox təəssüf hissi ilə öyrəndik ki, "Qalatasaray" İdman Klubunun koronavirus testləri, ilk cənab Abdurrahim Albayrakda və daha sonra məşqçisi cənab Fatih Terim də müsbət olub. Cənab Fatih Terim və cənab Abdurrahim Albayraka tez bir müddətdə sağalmaları üçün şəfa diləyirik. Onlarla birlikdə "Qalatasaray" camiəsinə keçmiş olsun diləklərimizi çatdırırıq".

2000-2001 mövsümündə İtaliya Birinci Futbol Liqasının komandasına məşqçilik edən Fatih terim üçün “Fiorentina” klubu "Forza Imperatore" (Gəlin İmperator) ifadəsini işlədərək ona sosial media vasitəsi ilə dəstək olublar.

Sarı-qırmızılı komandanın keçmiş oyunçulardan biri olan Felipe Melo, "Ata, səni çox sevirəm. Allah sənə kömək olsun. İnşallah sağalacaqsan", – deyərək yanında olduğunu bildirib.

Xəbər lenti