İki şəhid övladı hakim təyin olunub

ÖLKƏ
13:29
8 İyul 2022
717

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

Sabah.az “e-huquq.az”a istinadən xəbər verir ki, yeni təyinat alan hakimlərdən ikisi - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva şəhid övladlarıdır.

Onlar iyulun 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun yeni hakimlərlə görüşündə çıxış edərək müharibə iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğuna görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.


Xəbər lenti