Böyük Britaniyada da karantin elan edildi

XƏBƏR
09:27
24 Mart 2020
79

Böyük Britaniyada koronovirusla mübarizə məqsədi ilə üç həftə müddətinə karantin elan edilib.

Sabah.az xəbər verir ki, bunu ölkənin Baş Naziri Boris Conson vətəndaşlara müraciətində qeyd edib:

"Britaniya xalqına çox sadə göstəriş vermək məcburiyyətindəyəm. Evdə qalmalısınız! Sakinlər evlərindən yalnız kifayət qədər zəruri səbəblərə görə çıxa bilərlər".

O, ölkədə iki nəfərdən çox insanın toplanmasının qadağan edildiyini bildirib. Yalnız zəruri tələbat məhsullarının alınması, ehtiyacı olan birinə yardım edilməsi, tək olmaq şərti ilə idman edilməsi və tibbi yardım ala bilmək üçün evdən çıxmağın mümkün olduğunu vurğulayıb.

Xəbər lenti