Bakı-Quba yolunda qəza - Üç nəfər öldü+Video

HADİSƏ
09:21
7 İyul 2022
412

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

“Vaz 2106” və “Vaz 2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər həlak olub.

Bunlar 1986-cı il təvəllüdlü Məmmədov Aydın Əlif oğlu, 1957-ci il təvəllüdlü Səlimov Nadim Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızıdır. Qəza nəticəsində həlak olan hər iki kişi avtomobillərin sürücüləri olub.

Xəbər lenti