Kamran Əliyev bu rayonun prokurorunu təqaüdə göndərdi

XƏBƏR
17:52
4 İyul 2022
282

Şabran rayon prokuroru Mübariz Bayramov vəzifəsindən azad olunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

M.Bayramov qulluqda olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, o, 2013-cü ildən bu vəzifədə çalışırdı.

Xəbər lenti