Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

ÖLKƏ
09:52
4 İyul 2022
659

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 2-də xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb.

O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti