Fatih Terim də koronavirusa yoluxdu
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
Sabah.az xəbər verir ki, bu barədə 66 yaşlı mütəxəssis Tvitter səhifəsində məlumat verib.
O bildirib ki, testlərinin cavabı müsbət çıxıb və koronavirusa yoluxduğu müəyyənləşib:
"Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa zamanda xəbərləşmək ümidi ilə".
Xatırladaq ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.
Daha çox