Prezident şəhid qızını hakim təyin etdi

ÖLKƏ
13:01
2 İyul 2022
494

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

Sabah.az “Unikal.org”a istinadən xəbər verir ki, Sülhanə Hacıyeva Birinci Qarabağ müharibəsi şəhidi Sərdar Hüseynovun qızıdır.

Sərdar Hüseynovun özü Qubadlı Rayon Məhkəməsinin sədri olub. Sülhanə Hacıyeva isə hakim təyin olunmazdan öncə Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti