Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlandı

ÖLKƏ
15:24
1 İyul 2022
470

Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində yolda qaldığı bildirilir.

Sabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, nəticədə əksəriyyətini tələbələrin təşkil etdiyi minlərlə insanın uçuş bileti, hotel rezervasiyası batıb. Qeyri-rəsmi məlumatlara görə, sərhəd iki ay müddətinə bağlı qalacaq.

İranın Azərbaycandakı səfirliyindən isə Sfera.az-a məsələdən xəbərdar olduqlarını bildiriblər:

“Belə bir məlumatın yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”.

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.

Xəbər lenti