Bulvarda dənizdən meyit çıxarıldı

XƏBƏR
22:50
23 Mart 2020
96

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, dənizdə müşahidə olunan 1 nəfərin meyitinin sudan çıxarılması üçün müraciət daxil olub.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti