Dörd gün öncə kanalda batan oğlanın meyiti tapıldı

XƏBƏR
12:20
1 İyul 2022
281

Ötən ayın 27-də Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb.

Onun meyiti kanalın Qubanın Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı) tapılıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti