İntihara cəhd edən 72 yaşlı qadın xəstəxanada öldü

XƏBƏR
13:25
30 İyun 2022
234

Gəncədə intihara cəhd edən qadın xəstəxanada ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Məhsəti qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1950-ci il təvəllüdlü Daşkəsən rayon sakini M.Qurbanova yaşadığı evdə özünü asıb. Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılan M.Qurbanova bu gün xəstəxanada vəfat edib.

Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti