Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş - Fotolar

ÖLKƏ
12:49
30 İyun 2022
351

Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə ölən əsgər Fazil Məmmədli evin tək oğlu olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük 2 bacısı var və onlar ailə həyatı qurublar.

Hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.

Mərhum əsgərin bəzi fotolarını təqdim edirik:

Xəbər lenti