Polis narkotik əkən şəxsi saxlayarkən yaralandı

XƏBƏR
09:30
30 İyun 2022
272

Yevlaxda polis əməkdaşı narkotik əkən şəxsi saxlayarkən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a bildirilib ki, rayonun Hacıselli kəndində kultivasiya yolu ilə narkotik yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti