Azərbaycanda 3 yeniyetmə koronavirusa yoluxub
Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı məlumat verib.
Sabah.az xəbər verir ki, onun sözlərinə görə, virus aşkarlanan şəxslərdən ikisi xarici vətəndaş, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
O bildirib ki, yoluxanlar əsasən 29-50 yaş arası şəxslərdir.
Viktor Qasımov həmçinin deyib ki, bu günə qədər 72 yoluxma halı aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib. O, hazırda 1000 nəfərə yaxın şəxsin karantində saxlanıldığını da bildirib.
V.Qasımov virusa yoluxanlar arasında 3 nəfərin yeniyetmə - yaşı 18-ə qədər olan şəxslər olduğunu deyib.
Daha çox