Özbəkistanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda tutuldu
Özbəkistan dövləti tərəfindən barəsində beynəlxalq axtarış elanı verilən şəxs Bakıda saxlanılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Özbəkistan Cinayət Məcəlləsinin 268-ci (Dələduzluq) maddəsi ilə dövlətlərarası axtarışa verilmiş 1985-ci il təvəllüdlü Otobek İzzatoviç Akhmadov Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.
O, sonrakı araşdırmaların aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Daha çox