Bakıda qadın həkim özünü 11-ci mərtəbədən atdı - Yenilənib

ÖLKƏ
12:26
28 İyun 2022
777

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xalidə Kəngərlinin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Məlumata görə, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib.

1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum iki uşaq anası idi.

Xəbər lenti