Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı yeni qərar - Müddət uzadıldı
Azərbaycanla Gürcüstan arasında sərhədin aprelin 20-dək bağlı saxlanılmasına qərar verilib.
Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.
“Yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir”, - deyə məlumatda qeyd olunub.
Daha çox