Bakı qeydiyyatı olub hazırda rayonda qalanlarla bağlı - Rəsmi açıqlama

ÖLKƏ
20:57
23 Mart 2020
205

Sabahdan xüsusi karantin rejimi ilə əlaqədar olaraq bu günə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanlar geri qayıda biləcəklər.

Sabah.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

O bildirib ki, həmin şəxslərin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Bundan başqa, əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibətinə də aydınlıq gətirilib.

"Onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər", - deyə DİN rəsmisi qeyd edib.

Xəbər lenti