Ali Məhkəmənin hakimi təqaüdə göndərildi
Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Fərhad Kərimov təqaüdə göndərilib.
Sabah.az xəbər verir ki, F.Kərimov son yaş həddi ilə əlaqədar işindən azad edilib.
Artıq onun adı Ali Məhkəmənin saytında “hakimlər” siyahısından da çıxarılıb.
Qeyd edək ki, F.Kərimov bir sıra ictimai-siyasi fəallar haqqında qərarlar verib, səs-küylü cinayət işlərinə baxıb.
Daha çox