Heydər Əliyev adına Saraya direktor vəzifəsini icra edən təyin olundu

XƏBƏR
16:36
23 İyun 2022
240

Heydər Əliyev adına Saraya direktor vəzifəsini icra edən təyin olunub.

Sabah.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu vəzifə direktorun birinci müavini Faiq Mirzəyevə həvalə olunub.

Müvafiq əmri mədəniyyət naziri Anar Kərimov imzalayıb.

Qeyd edək ki, Heydər Əliyev adına Sarayın direktoru Ramil Qasımov iyunun 16-da vəzifəsindən azad olunub.

Xəbər lenti