Bu şəxslərə evdən çıxmaq qadağan olundu - Rəsmi

GÜNDƏM
20:35
23 Mart 2020
192

Azərbaycanda sabahdan 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan ediləcək.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi tapşırılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə martın 24-də saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Xəbər lenti