Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir

ÖLKƏ
15:29
23 İyun 2022
322

Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

Sabah.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Xəbər lenti