“Lexus” sürücüsü polisə tabe olmadığı üçün saxlanıldı

XƏBƏR
12:49
23 İyun 2022
208

Bakıda polisə tabe olmayan “Lexus” sürücüsü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a bildirilib ki, iyunun 22-də Biləcəri qəsəbəsi ərazisində “Lexus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Bakı şəhər sakini Hümbət Nəbiyev olduğu müəyyən edilib. Söhbət zamanı sürücünün narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib.

Xəbər lenti