Məktəb direktoru dərman içəndən sonra bacısına zəng vurubmuş

ÖLKƏ
10:37
23 İyun 2022
452

Dünən Gəncədə məktəb direktorunun intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru, 1960-cı il təvəllüdlü Mətanət Qarayeva Üçtəpə qəsəbəsində yerləşən evində tək olarkən intihar məqsədilə 14 ədəd dərman həbi içib.

Daha sonra vəziyyətinin ağırlaşdığını görərək bacısına zəng edib. Dərhal M.Qarayevanın evinə gələn bacısı onun huşsuz halda qaldığını görüb və təcili tibbi yardım maşını ilə M.Qarayeva Göygöldəki xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu və həkim nəzarətində saxlanıldığı bildirilir. Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti