Yük maşını piyadanı vurdu - Foto

HADİSƏ
20:13
23 Mart 2020
41

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını yolu keçmək istəyən 1943-cü il təvəllüdlü İbrahimov Ənvər Qulu oğlunu vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun sağ ayağı amputasiya edilib. Hazırda piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti