İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı - Video

XƏBƏR
16:43
22 İyun 2022
238

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda uzun illər sonra öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə qarşılaşıb.

Sabah.az xəbər verir ki, görüşün videogörüntüləri feysbukda “Özbekistanhaber” hesabında paylaşılıb.

Məlumata görə, əsgərlik yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.

Onlar bir-biriləri ilə öz xatirələrini, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.

Xəbər lenti