Daha bir dövlət qurumunda əməliyyat - İdarə rəisi tutuldu

ÖLKƏ
17:59
21 İyun 2022
435

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Sabah.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də baş tutub.

Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Hazırda “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

Xəbər lenti