“Kontakt” Cəlilabadda ilk mağazasını açdı - Açılışa özəl endirimlər, avtomobil qazanma şansı

XƏBƏR
13:37
21 İyun 2022
236
“Kontakt” bu dəfə sevinc qapılarının üzünü Cəlilabad sakinlərinin üzünə açıb. Yaxın günlərdə baş tutan rəsmi açılışda “Harmony Band” musiqi qrupu, DJ, animatorlar, face art ustaları, müxtəlif cizgi film personajları iştirak edərək böyükdən kiçiyə hamının böyük marağına və əylənməsinə səbəb olub. Üstəlik, cəlilabadlılar rəngarəng oyunlarda iştirak edərək müxtəlif hədiyyələr qazanıb və peşəkar barista tərəfindən hazırlanan təravətli “Delonghi” qəhvəsindən dadaraq açılışdan ikiqat zövq ala biliblər.

Ev üçün axtardığınız hər şey tək ünvanda: 1750 m2 geniş sahəyə malik Cəlilabad mağazasının 1-ci mərtəbəsində rəqəmsal, kiçik və böyük məişət əşyaları, həmçinin nəqliyyat vasitələri, 2-ci mərtəbəsində isə tekstilmebel məhsullarının zəngin çeşidi zövqlə sərgilənir. 30.000-dən çox çeşidin olduğu mağazada artıq eviniz üçün arzuladığınız hər şey daha əlçatandır.

Açılışa özəl endirimlər, sərfəli kredit şərtləri: Qeyd edək ki, cəlilabadlıları açılışa özəl xüsusi şərtlər gözləyir. Məhz bu mağazada iyunun 22-dək hər növ məhsullar nağd alışda 50 faizədək endirimli, hissəli alışda isə smartfonlar ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, ev tekstili 18, mebellər isə 24 ay ilkin ödənişsiz, faizsiz və komissiyasız təklif olunacaq.

Avtomobil qazandıran “Şeş-qoşa” kampaniyası: İstər nağd, istər 3 dəfəyə ödə, istərsə də hissəli şərtlərlə məhsul alıb, “Şeş-qoşa” kampaniyasında iştirak edərək “MAZDA 3” avtomobilini pulsuz aparmaq da mümkündür. Artıq minlərlə bəxtəvər “Şeş-qoşa” kampaniyasından yararlanaraq aldığı məhsulu pulsuz aparıb. 4 nəfərin üzünə isə bəxt xüsusilə gülüb. Onlar bu kampaniyada zövqlü “MAZDA 3” avtomobilinin sahibi olublar. Avtomobillərin sayı məhduddur, odur ki, şansınızı yoxlamağa tələsin.

İndi isə gəlin cəlbedici təkliflərin bəzilərinə birlikdə göz gəzdirək. Məsələn:

• 81 sm ekran ölçülü “Hoffmann” televizoru “Kontakt Home”un Cəlilabad mağazasında nağd alışda 350 yox, 269 manata;

• 20 maqqaş sayı olan “Braun” epilyatoru 130 yox, endirimlə cəmi 59 manata;

Kreditlə isə;

• 128 GB yaddaşlı, geniş ekranlı “Xiaomi” smartfonu ayda cəmi 30 manata;

• 30 kvadratmetr təsir sahəsinə malik “Hoffmann” kondisioneri xüsusi təkliflə 24 aya, ayda 33 manata;

Retro künc divanı isə ayda cəmi 35 manata təklif olunur.

Odur ki, bütün sərfəli təkliflərdən faydalanmaq, “Şeş-qoşa” atıb avtomobil qazanmaq üçün “Kontakt Home”un Cəlilabad mağazasına gəlin.

Ünvan: Cəlilabad şəhəri, Qurtuluş prospekti, Rəmzi marketlə üzbəüz.

Xəbər lenti