Bakı-Quba yolunda intihar baş verib

ÖLKƏ
09:42
21 İyun 2022
526

Xızı rayonu ərazisində intihar hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən Bakı-Quba yolunun Sitalçaydan keçən hissəsində “Shacman” markalı, 21 BG 404 dövlət qeydiyyat nişanlı avtomobilin kabinində asılmış kişi meyiti tapılıb.

İlkin araşdırmalardan sonra meyitin Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Tural Əziz oğlu Abdullayevə məxsus olması məlum olub. Yük maşınının sürücüsü olan 42 yaşlı şəxsin özünü kabinadan asaraq həyatına son qoyması müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti