Bakıda 14 avtobus tıxacda qalıb - Yenilənib
Bu gün səhər pik saatlarda paytaxtın Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər-əsas və kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunduğundan həmin ərazidən keçən 2, 7A, 13, 18, 14, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur.
Sabah.az xəbər verir ki, bu barədə BNA-dan bildirilib.
Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 15-20 avtobus 18-22 dəqiqə gecikmə ilə hərəkət edirlər.
A.Puşkin küçəsi Muğan bağının qarşısından, Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə qədər də müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 1, 4, 5, 46, 125 və175 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası hərəkət intervallarında 15-16 dəqiqə gecikmə müşahidə olunur. 13-15 ədəd avtobus sıxlıqda qalıb.
***
Hazırda paytaxtın Akademik Həsən Əliyev küçəsinin Novruzov qardaşları küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsinin kəsişməsinə qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 61, 83, 6, 13 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında 18-20 dəqiqə gecikmə müşahidə olunur. Ümumilikdə həmin ərazidə 14 ədədə yaxın avtobusun sıxlıqda qaldığı müşahidə edilir.
Daha çox